“Neftçi” klubu 3×3 basketbol üzrə dünya qadın seriyasının Şuşa mərhələsində inamla mübarizə apararaq yarımfinala yüksəlib.A qrupunda yer alan təmsilçisimiz Rumıniya millisini (20:11), Türkiyə yığmasını (21:7) və  Almaniya milli komandasını (16:14) məğlub edib və qrup lideri kimi yarımfinala vəsiqəni təmin edib.Yarışda A qrupunda Almaniya, Rumıniya, Türkiyə milli komandaları, “Neftçi” klubu, B qrupunda isə Niderland, Macarıstan, Azərbaycan seçmələri və Yaponiyanın G FLOU komandası mübarizə aparır.Reqlamentə əsasən, qruplarda birinci yeri tutmuş komandalar birbaşa yarımfinal mərhələsinə yüksəlir,  qruplarda ikinci və üçüncü yerin sahibləri isə bir-biriləri ilə çarpaz şəkildə dörddəbir final mərhələsində üz-üzə gəlirlər.