Albaniyanın paytaxtı Tiranada on yeddi yaşadək güləşçilər arasında (U-17) Avropa birinciliyi davam edir.”Neftçi” İdman Klubunun yığma komandamızın heyətində yer alan təmsilçisi Ruzanna Məmmədova (57 kq) qitə birinciliyində inamla mübarizə apararaq finala qədər irəliləyib. O, əvvəlcə ispaniyalı Rosa Rodrigesi, daha sonra isə türkiyəli Aslı Köleni məğlubiyyətə uğradıb. Xanım idmançımız yarımfinalda polşalı Suzanna Horbikə qalib gələrək, ikinci dəfə Avropa çempionatının finalına yüksəlib. Ruzanna Məmmədova həlledici qarşılaşmada macarıstanlı Sofi Ritterə məğlub olub və mötəbər yarışın gümüş medalına sahib olub.Xatırladaq ki, daha əvvəl klubumuzun yunan-Roma güləşçisi Mahir Qurbanlı (110 kq) qitə birinciliyinin bürünc medalına layiq görülüb.