Polşada keçiriləcək III Avropa Oyunlarında iştirak edəcək atletika üzrə Azərbaycan milli komandasının heyətində məcburi dəyişikliklər edilib. Belə ki, uzunluğa tullanma yarışlarında ölkəmizi təmsil etməli olan “Neftçi” İdman Klubunun yetirməsi Nazim Babayev zədə səbəbindən yarışa qatıla bilməyəcək.Qeyd edək ki, atletimiz ötən həftə keçirilən əməkdar məşqçi Əfqan Səfərovun beynəlxalq memorialında zədələnmişdi. Müayinədən sonra idmançının Avropa Oyunlarında çıxışı məqsədəuyğun hesab edilməyib və o, digər atletlə əvəz olunub.