“Sərhədçi” İdman Mərkəzində pankration, qraplinq və MMA idman növləri üzrə Azərbaycan birinciliyi və çempionatı keçirilib.”Neftçi” İdman Klubunun təmsilçilərindən Ayan Sonayeva (55 kq) MMA idman növündə gümüş medala layiq görülüb.Qraplinq idman növündə Leyla Mikayılova (25 kq) və Ayan Sonayeva (55 kq) bütün rəqiblərini məğlub edərək fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar. Yalnız finalda məğlub olan Hüseyn Məlikovla Mətin Musazadə (58 kq) ikinci, Ömər Yusifli (25 kq) və Elnur Osmanov (73 kq) isə üçüncü yeri tutublar.