Məktəbli oğlanlar arasında boks üzrə Azərbaycan birinciliyi keçirilib.”Neftçi” İdman Klubunun yetirmələri yarışdan 4 medalla ayrılıblar. Kiçikyaşlı boksçularımızdan Əli Camalzadə (40 kq) və Əli Abdullayev (60 kq) bütün döyüşləri qələbə ilə başa vuraraq ölkə çempionluğunun sevinsini yaşayıblar. Elgün Abbaslı (46 kq) və Ömər Abbaszadə (48 kq) isə birinciliyi bürünc medalla başa vurublar.