“Neftçi” İdman Klubunun yığma komandamızın heyətində təmsil olunan cüdoçusu Əhməd Rüstəmov Portuqaliyanın Odivelas şəhərində keçirilən yeniyetmələr arasında Avropa birinciliyində mükafatçılar arasında yer alıb. Əlli kiloqram çəki dərəcəsində mübarizə aparan idmançımız mötəbər yarışın bürünc medalına layiq görülüb.