“Neftçi” İdman Klubunun muay-tay idman növü üzrə təmsilçisi Emili Rzayeva (63,5 kq) Polşada keçirilən III Avropa Oyunlarında yarımfinala vəsiqəni təmin edib. Onun dörddəbir final mərhələsindəki rəqibi Nora Kornelli (Fransa) çəkiyə gəlmədiyi üçün Emili Rzayeva qalib elan olunub.