“Neftçi” İdman Klubu Uşaq Futbol Məktəbinin təşkilatçılığı ilə 2013-2014-cü illər təvəllüdlü futbolçular arasında “Heydər Əliyev İli”nə həsr olunmuş seleksiya xarakterli açıq turnir keçirilib. Lökbatan qəsəbəsindəki Qaradağ Təlim-İdman Bazasının stadionunda təşkil olunan yarışda altı komanda (“Neftçi-1”, “Lökbatan”, “Neftçi-2”, “Qaradağ”, “Neftçi-3”, “Sahil”) mübarizə aparıb.İyunun 19-da startı verilən və beş gün davam edən turnirin qalibi “Lökbatan” komandası olub. “Neftçi-2” ikinci, “Neftçi-1” komandası isə üçüncü yeri tutub.Klubumuz tərəfindən “ən məhsuldar oyunçu”, “ən yaxşı oyunçu” və “ən yaxşı qapıçı” nominasiyaları üzrə də mükafatlar təsis olunmuşdu. Bu mükafatlara müvafiq olaraq, Nihat Şirinli (“Qaradağ”), İlham İsmayılov (“Neftçi-3”) və Qurban Məmmədov (“Neftçi-2”) layiq görülüblər.Qalib və mükafatçılar “Neftçi” İdman Klubu tərəfindən kubok, diplom və medallarla təltif olunublar.