“Neftçi” İdman Klubunun cüdoçusu Yaşar Nəcəfov Monqolustanın paytaxtı Ulan-Batorda start götürmüş “Böyük dəbilqə” turnirində mükafata layiq görülüb. Altmış altı kiloqram çəki dərəcəsində mübarizə aparan idmançımız üçüncü yer uğrunda qarşılaşmada Birləşmiş Ərəb Əmirliklərinin təmsilçisi Narmandax Bayanmunx ilə üz-üzə gəlib. Rəqibinə qızıl xal bölümündə ipponla qalib gələn Yaşar Nəcəfov nüfuzlu yarışın bürünc medalına sahib olub.Qeyd edək ki, “Böyük dəbilqə” turnirinə iyunun 25-də yekun vurulacaq.