İyunun 27-28-də Fransanın Puatye şəhərində 3×3 basketbol üzrə dünya qadın seriyasının növbəti mərhələsi təşkil olunacaq.Bu mərhələdə A qrupunda yer alacaq “Neftçi” komandası Kanada və İtalya milliləri ilə mübarizə aparacaq.Qeyd edək ki, qruplarda ilk iki yeri tutmuş komandalar dörddəbir finala vəsiqə qazanacaqlar.Xatırladaq ki, komandamız bu yaxınlarda tarixi uğura imza ataraq, 3×3 basketbol üzrə dünya qadın seriyasının Şuşa mərhələsinin qalibi olub.