“Neftçi” İdman Klubunun təmsilçisi, karate üzrə 5 qat dünya və 11 qat Avropa çempionu Rafael Ağayev peşəkarların mübarizə apardığı “Karate Combat” turnirində növbəti döyüşünü keçirib. Tokio-2020 Yay Olimpiya Oyunlarının gümüş mükafatçısı ABŞ-dan olan Coş Kuayhagenlə qarşılaşıb. Florida ştatının Mayami şəhərində təşkil olunan döyüş Rafael Ağayevin qələbəsi ilə sona yetib.Qeyd edək ki, Rafael Ağayev “Karate Combat” turnirində 2018-ci ildə debüt edib.