“Neftçi” İdman Klubunun yığma komandamızın heyətində yer alan muay-tay döyüşçüsü  Emili Rzayeva Polşada təşkil olunan III Avropa Oyunlarında növbəti görüşünə çıxıb. 63,5 kiloqram çəki dərəcəsində çıxış edən idmançımız  yarımfinalda çexiyalı Tereza Steçova ilə üz-üzə gəlib. Rəqibinə məğlub olan Emili Rzayeva mötəbər yarışın  bürünc medalına layiq görülüb.