“Neftçi” İdman Klubunun boksçusu Murad Allahverdiyev (80 kq) Polşada keçirilən III Avropa Oyunlarında ikinci döyüşünü keçirib. İlk görüşündə almaniyalı Kevin Şumannı  mübarizədən kənarlaşdıran idmançımız səkkizdəbir finalda finlandiyalı Nikita Niystedi  sınağa çəkib. Qarşılaşma Murad Allahverdiyevin qələbəsi ilə başa çatıb. Hər üç raundu qalibiyyətlə başa vuran boksçumuz yekunda 4:1 (30:27, 30:27, 29:28, 30:27, 28:29) hesabı ilə qalib gəlib.Qeyd edək ki, boksçumuz dörddəbir final döyüşünə iyunun 28-də çıxacaq.