“Neftçi” İdman Klubunun boksçusu Murad Allahverdiyev Polşada keçirilən III Avropa Oyunlarının dörddəbir final mərhələsində Ermənistan təmsilçisi Hambardzum Hakobyana qalib gəlib. İdmançımız  yarımfinala yüksəlməklə, ən azı bürünc medalı təmin edib. Murad Allahverdiyev hər 3 raundu xeyrinə bitirərək, 5:0 (30:26, 30:27, 29:28, 30:27, 30:27) hesablı qələbə qazanıb.Boksçumuz ilk dördlüyə yüksəldiyi üçün Paris-2024 Yay Olimpiya Oyunlarına da lisenziya qazanıb. Bu, boks üzrə Azərbaycan millisinin Fransada təşkil olunacaq olimpiadaya əldə etdiyi ilk lisenziyadır.Qeyd edək ki, Murad Allahverdiyev yarımfinal döyüşünə iyunun 30-da çıxacaq. Onun bu mərhələdəki rəqibi xorvatiyalı Qabriel Veoçiç olacaq.