“Neftçi” İdman Klubu adından xalqımızı islam aləminin ən sevimli bayramlarından olan və dünya müsəlmanlarının həmrəylik rəmzinə çevrilən müqəddəs Qurban bayramı münasibətilə səmimi-qəlbdən təbrik edirik!İnsanları mərhəmətə, qardaşlıq və humanizmə dəvət edən bu əziz gündə dua və niyyətlərinizin Tanrı dərgahında qəbul olunmasını diləyirik. Mübarək bayramın hər birinizin ailəsinə əmin-amanlıq,  ruzi-bərəkət, səadət və xoşbəxtlik gətirməsini arzulayırıq.Bayramınız mübarək!