“Neftçi” İdman Klubunun Azərbaycan millisinin heyətində yer alan boksçusu Murad Allahverdiyev (80 kq) Polşada keçirilən III Avropa Oyunlarında yarımfinal döyüşünə çıxıb. Paris-2024 Yay Olimpiya Oyunlarına lisenziyanı təmin edən təmsilçimiz bu mərhələdə xorvatiyalı  Qabriyel Veoçiçlə üz-üzə gəlib. Ardıcıl olaraq, Kevin Şumann (Almaniya), Nikita Niysted (Finlandiya) və Hambardzum Hakobyanı (Ermənistan) mübarizədən kənarlaşdıran boksçumuz bu dəfə məğlubiyyətə uğrayıb. Rəqib 5:0 (30:27, 29:28, 30:27, 30:27, 30:27) hesabı ilə qalib gəldiyindən Murad Allahverdiyev Avropa Oyunlarını bürünc medalla başa vurub.