Sloveniyanın Sloven Qradeç şəhərində gənclər arasında  keçirilən cüdo üzrə Avropa kuboku yarışı davam edir.”Neftçi” İdman Klubunun yığma komandamızın heyətində təmsil olunan yetirməsi Qönçə Cəfərli turnirin mükafatına layiq görülüb. Yetmiş səkkiz kiloqramdan yuxarı çəki dərəcəsində çıxış edən xanım idmançımız Avropa kubokunun bürünc medalını qazanıb.