“Neftçi” 3×3 basketbol üzrə dünya qadın seriyasının İsraildə keçirilən Netanya mərhələsində finala yüksəlib. Komandamız  yarımfinalda İsrail millisi ilə qarşılaşıb.Rəqibini 19:15 hesabı ilə məğlub edən “Neftçi” komandası finala vəsiqəni təmin edib.Qeyd edək ki, təmsilçimizin finalda rəqibi güclü Çin millisi olacaq.