Beynəlxalq Şahmat Federasiyası (FIDE) iyul ayı üçün reytinq cədvəlini açıqlayıb.”Neftçi” İdman Klubunun şahmatçısı Teymur Rəcəbov (2 747 xal) 1 pillə irəliləyərək 12-ci sıraya yüksəlib.Siyahıya yenə də norveçli dünya çempionu Maqnus Karlsen (2 853) başçılıq edir. İkinci və üçüncü pillələrdə isə ABŞ təmsilçiləri Hikaru Nakamura (2 787) və Fabiano Karuana (2 782) qərarlaşıblar.