Gürcüstanın Qori şəhərində gənc boksçular arasında keçirilən beynəlxalq turnirə yekun vurulub.”Neftçi” İdman Klubunun Azərbaycan millisinin heyətində təmsil olunan boksçusu Ayxan Əliyev yarışın mükafatına layiq görülüb. Altmış yeddi kiloqram çəki dərəcəsində çıxış edən idmançımız beynəlxalq turnirin bürünc medalını qazanıb.