“Neftçi İdman Klubu”nun paraatleti Oloxan Musayev Fransanın paytaxtı Parisdə keçirilən atletika üzrə dünya çempionatında nüvəitələmə növündə 11.74 m nəticə göstərərək dördüncü  pillədə qərarlaşıb.Təmsilçimiz bu nəticə ilə Paris-2024 Yay Paralimpiya Oyunlarına ilk  lisenziyanı əldə edib.Qeyd edək ki, dünya çempionatında ilk dörd yeri tutan atletlər XVII Yay Paralimpiya Oyunlarına birbaşa lisenziya qazanırlar.