“Neftçi” İdman Klubunun paraatleti Orxan Aslanov 2024-cü ildə Fransanın paytaxtı Parisdə keçiriləcək Yay Paralimpiya Oyunlarına lisenziya qazanıb. İdmançımız adıçəkilən şəhərdə keçirilən dünya çempionatında uzunluğa tullanma növündə (T13 kateqoriyasında) 6,95 metr nəticə göstərərək dördüncü pillədə qərarlaşıb və bu uğura nail olub.Qeyd edək ki, dünya çempionatında ilk dörd yeri tutan atletlər XVII Yay Paralimpiya Oyunlarına birbaşa lisenziya qazanırlar.Xatırladaq ki, daha əvvəl klubumuzun təmsilçiləri –  Oloxan Musayev və Səid Nəcəfzadə Yay Paralimpiya Oyunlarına lisenziyaya sahib olublar.