İyulun 19-20-də Fransanın Bordo şəhərində 14 komandanın iştirakı ilə 3×3 basketbol üzrə Dünya Qadın Seriyasının növbəti mərhələsi təşkil olunacaq.Bordo mərhələsində C qrupunda yer alacaq  “Neftçi” klubu Fransa və Polşa milliləri ilə mübarizə aparacaq. Komandamız qrupda ilk oyununu 19 iyulda Bakı vaxtı ilə saat 21:35-də Fransa yığmasına qarşı keçirəcək.Qeyd edək ki, qruplarda ilk iki yeri tutmuş komandalar dörddəbir finala vəsiqə qazanacaqlar.