Yeniyetmələr və gənclər arasında SSRİ-nin və Azərbaycanın Əməkdar məşqçisi Əbülfəz Əliyevin xatirəsinə həsr olunmuş sambo güləşi üzrə Azərbaycan kuboku yarışı keçirilib.”Neftçi” İdman Klubunun samboçuları turnirdə uğurla çıxış edərək 8 medala (4 qızıl, 1 gümüş, 3 bürünc) yiyələniblər.Yeniyetmələrin mübarizəsində Hüseyn Hüseynli (88 kq) və Vidad Əliyev (98 kq) bütün rəqiblərini məğlub edərək fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar. Sadiq Nadirov (64 kq) isə bürünc medalla kifayətlənib.Gənclər arasında təşkil olunan yarışda Sahib Babayev (58 kq) və Məhəmməd Məmmədzadə (+98 kq) bütün görüşləri qələbə ilə başa vuraraq Azərbaycan kubokunun qalibi olublar. Əhməd Ağayev (71 kq) gümüş, Mövlan Nadirov (64 kq) və Hüseyn Hüseynli (88 kq) isə bürünc medala layiq görülüb.