“Neftçi” İdman  Klubunun  paraüzgüçüsü Raman Saley İngiltərənin Mançester şəhərində keçirilən dünya çempionatında gümüş medala layiq görülüb. Üçqat paralimpiya çempionu 100 metr məsafəyə arxasıüstə üzmə növündə 1:00.83 nəticə göstərərək bu uğura imza atıb.Bununla da Raman Saley ölkəmizə  Paris-2024 Yay Paralimpiya Oyunları üçün növbəti lisenziyanı qazandırıb.