“Neftçi” İdman Klubunun paraüzgüçüsü Roman Saley İngiltərənin Mançester şəhərində keçirilən dünya çempionatında üçüncü medalını qazanıb. Üçqat paralimpiya çempionu 50 metr məsafəyə sərbəst üzmə növündə 24.40 saniyə nəticə göstərərək üçüncü yeri tutub.Xatırladaq ki, Raman Saley daha əvvəl 100 metr məsafəyə arxasıüstə üzmə növündə gümüş, eyni məsafəyə “butterfly” üsulunda üzmədə isə bürünc medala sahib olub.