Neftçi” UEFA Konfrans Liqasında III təsnifat mərhələsinə yüksəlib. “Ağ-qaralar”  II təsnifat mərhələsinin cavab  oyununda doğma arenasında Bosniya və Herseqovinanın “Jelezniçar” komandasını 2:0 hesabı ilə məğlub etməklə buna nail olub.8-ci km stadionunda keçirilən cavab oyununda qolları 20-ci dəqiqədə Kenni Sayef, 68-ci dəqiqədə isə Eddi İsrafilov vurub.İlk qarşılaşmada rəqibi ilə 2:2 hesablı bərabərə qalan Adrian Mutunun baş məşqçisi olduğu kollektiv iki görüşün nəticəsinə əsasən adını növbəti mərhələyə yazdırıb.Bununla da III təsnifat mərhələsinə vəsiqə qazanan  “Neftçi” bu mərhələdə “Tirana”nı hər iki görüşdə məğlub edən “Beşiktaş”la qarşılaşacaq.Yeni inkişaf dövrünü yaşamaqda olan flaqmanı möhtəşəm qələbələr  münasibətilə ürəkdən təbrik edir və komandamıza  növbəti mərhələlərdə daha böyük uğurlar diləyirik!