Çexiyada təşkil olunmuş 3×3 basketbol üzrə Dünya Qadın Seriyasının Praqa mərhələsində C qrupunda qərarlaşmış “Neftçi”   ilk görüşündə Latviya millisinə 16:14 hesabı ilə qalib gəlib.Komandamız  növbəti oyunda  Litva yığması ilə üz-üzə gəlib. Rəqibini 21:16 hesabı ilə məğlub edən təmsilçimiz qrup lideri kimi dörddəbir finala yüksəlib.