“Neftçi” İdman Klubunun sərbəst güləşçisi Yusif Dursunov Türkiyənin İstanbul şəhərində keçirilən 17 yaşadək güləşçilər arasında dünya birinciliyinin  qalibi olub. 110 kiloqram çəki dərəcəsində çıxış edən idmançımız ardıcıl olaraq  özbəkistanlı Eldorbek Xasanov (11:0), gürcüstanlı Aleksandr Abramişvili (4:1), ermənistanlı Henrik Haykyan (6:2) və  qazaxıstanlı Yedige Kassimbeki (4:2) məğlub edərək  dünya çempionu tituluna yiyələnib.Xatırladaq ki, Yusif Dursunov iyunda Albaniyanın paytaxtı Tiranada təşkil olunan Avropa çempionatının da qalibi olmuşdu.