Türkiyənin İstanbul şəhərində keçirilən güləş üzrə U-17 dünya birinciliyinə yekun vurulub.”Neftçi” İdman Klubunun Azərbaycan millisinin heyətində təmsil olunan sərbəst güləşçisi Camal Abbasov (60 kq) qazaxıstanlı Yerali Jenissov (6:0), amerikalı Benjamin Davino (5:0) və türkmənistanlı Bekjan Ruslanov (10:0) üzərində inamlı qələbə qazanaraq yarımfinala yüksəlib. İdmançımız bu mərhələdə iranlı Səcad Pirdayehlə gərgin mübarizə şəraitində keçən qarşılaşmadan məğlub ayrılıb – 2:3. Camal Abbasov bürünc medal uğrunda görüşdə  Puerto-Riko təmsilçisi Yandro Rivera ilə qarşılaşıb  və 6:0 hesablı qələbə   ilə dünya üçüncüsü olub.Xatırladaq ki, daha əvvəl klubumuzun digər sərbəst güləşçisi Yusif Dursunov (110 kq) dünya çempionu olub.