Almaniyanın Berlin şəhərində gənc cüdoçular arasında keçirilən  Avropa kuboku yarışı sona yetib.”Neftçi” İdman Klubunun yetirmələri mötəbər yarışı 4 medalla başa vurublar.Oğlanlar arasında  Vüqar Talıbov (90 kq) bütün rəqiblərinə qalib gələrək yarışın qızıl medalını qazanıb. Qədir Hüseynov (73 kq) isə  fəxri kürsünün üçüncü pilləsində yer alıb.Qızların mübarizəsində yalnız final qarşılaşmasından məğlub ayrılan Fidan Əlizadə (57 kq) gümüş,  Aydan Vəliyeva (52 kq) isə bürünc medala layiq görülüb.