“Neftçi” İdman Klubunun daha beş  paracüdoçusu Hollandiyanın  Rotterdam şəhərində keçirilən Avropa çempionatında medal əldə edib.Qadın cüdoçuların yarışında Xanım Hüseynova (70 kq) çempion olub, Dürsədəf Kərimova (+70 kq) gümüş, Xatirə İsmiyeva (70 kq) isə bürünc mükafata yiyələnib.Kişilərin mübarizəsində  ikiqat paralimpiya çempionu İlham Zəkiyev (+90 kq) fəxri kürsünün ikinci pilləsinə qalxıb, İsmayıl Muradov (60 kq) isə mötəbər turnirin bürünc medalını qazanıb.Xatırladaq ki, daha əvvəl qadın paracüdoçumuz Şəhanə Hacıyeva (48 kq) Avropa çempionu olub, Namiq Abaslı (73 kq) isə gümüş medala layiq görülüb.