“Neftçi” İdman Klubunun  ağırlıqqaldıranı Dadaş Dadaşbəyli Belarusda keçirilən II MDB Oyunlarının qalibi olub. Yüz doqquz kiloqram  çəki dərəcəsində çıxış edən və bütün rəqiblərini üstələyən idmançımız toplam 393 kq (177+216) nəticə ilə qızıl medal qazanaraq fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.