“Neftçi” komandasının  Polşanın Katovitse şəhərində keçiriləcək 3×3 basketbol üzrə  Dünya Qadın Seriyasının növbəti mərhələsindəki oyunlarının təqvimi açıqlanıb. Təmsilçimiz Katovitse mərhələsində B qrupunda Litva və İtaliya milliləri ilə mübarizə aparacaq.Komandamız ilk oyununu avqustun 14-də keçirəcək. Bakı vaxtı ilə saat 17:05-də start götürəcək matçda “Neftçi” İtaliya seçməsi ilə qarşılaşacaq.Qeyd edək ki, bu mərhələnin oyunları 14-15 avqustda təşkil olunacaq və qruplarda ilk iki yeri tutacaq komandalar dörddəbir finala vəsiqə qazanacaqlar.