Qadınlar arasında 3×3 basketbol üzrə “RED BULL HALF COURT” turniri keçirilib.”Neftçi” komandası inamlı mübarizəsi sayəsində yarışın finalına yüksəlib. Həlledici qarşılaşmada “Legion” kollektivini 12:6 hesabı ilə məğlubiyyətə uğradan təmsilçimiz turnirin qalibi olub.Qeyd edək ki,  komandamız qazandığı bu  uğura görə sentyabrda Serbiyanın paytaxtı Belqradda keçiriləcək dünya finalında iştirak etmək hüququ əldə edib.