“Neftçi” İdman Klubunun parataekvondoçusu Əbülfəz Abuzərli Niderlandın Rotterdam şəhərində keçirilən Avropa çempionatında böyük uğura imza atıb. Səksən kiloqram (K44) çəki dərəcəsində mübarizə aparan idmançımız bütün rəqiblərini məğlub edərək qızıl medala sahib olub.Qeyd edək ki, daha əvvəl klubumuzun paralimpiyaçıları mötəbər yarışın 9 medalına yiyələniblər. Onlardan Şəhanə Hacıyeva (cüdo, 48 kq) və Xanım Hüseynova (cüdo, 70 kq) Avropa çempionu olublar. İlham Zəkiyev (cüdo, +90 kq), Dürsədəf Kərimova (cüdo, +70 kq), Namiq Abaslı (cüdo, 73 kq), Röyalə Fətəliyeva (taekvondo, 52 kq) gümüş, Sabir Zeynalov (taekvondo, 58 kq), İsmayıl Muradov (cüdo, 60 kq) və Xatirə İsmiyeva (cüdo, +70 kq) isə bürünc mükafata layiq görülüblər.