“Neftçi” İdman Klubunun cüdoçusu Uşanqi Kokauri Xorvatiyanın paytaxtı Zaqrebdə keçirilən Qran-pri turnirinin sonuncu günündə bürünc medal qazanıb. Yüz kiloqramdan yuxarı  çəki dərəcəsində çıxış edən idmançımız üçüncü yer uğrunda görüşdə fransalı Amadau Meyteyə qalib gəlib.Xatırladaq ki, daha əvvəl klubumuzun digər cüdoçusu Əhməd Yusifov (60 kq)  gümüş mükafata yiyələnib.