İspaniyada təşkil olunmuş 3×3 basketbol üzrə Dünya Qadın Seriyasının Melilya mərhələsi sona yetib.”Neftçi” komandası Melilya mərhələsinin final oyununda ev sahibi İspaniya millisi ilə qarşılaşıb. Gərgin və maraqlı keçən oyunun yekununda təmsilçimiz rəqibinə 13-12 hesabı ilə qalib gələrək Melilya mərhələsinin çempionu olub.Komandamızın üzvü Bryana Freyzer isə Melilya mərhələsinin ən dəyərli oyunçusu (MVP) mükafatını qazanıb.Qeyd edək ki, qrup mərhələsini bir qələbə və bir məğlubiyyətlə başa vuran təmsilçimiz dörddəbir finalda ABŞ yığmasını  (17:14), yarımfinalda isə Melilya mərhələsinin bir nömrəli komandası olan Çin millisini (17:13) məğlub edərək finala vəsiqəni təmin edib.Xatırladaq ki, “Neftçi” daha əvvəl Şuşa və Netanya (İsrail) mərhələlərinin qalibi olub.