3×3 basketbol üzrə Dünya Qadın Seriyasının Bakı mərhələsində “Neftçi”nin qrupu və oyun təqvimi müəyyənləşib. Yarış avqustun 22-23-də 16 komandanın iştirakı ilə təşkil olunacaq.Komandamız C qrupunda “Yuanda” (Çin) və təsnifat mərhələsi qrupundan lider kimi əsas qruplara yüksəlməyə çalışacaq üç millidən (İtaliya, Malayziya və Tayland) biri ilə gücünü sınayacaq.Qeyd edək ki, qruplarda ilk iki yeri tutan komandalar dörddəbir finala vəsiqə qazanacaqlar. Bakı mərhələsinin oyunları dənizkənarı bulvarda yerləşən saat qülləsinin yanında keçiriləcək.Xatırladaq ki, “Neftçi” daha əvvəl Dünya Qadın Seriyasının Şuşa, Netanya (İsrail) və Melilya (İspaniya) mərhələlərinin qalibi olub.