“Neftçi” İdman Klubunun parataekvondoçusu Cənubi Koreyanın Çhunçhon şəhərində keçirilən açıq dünya çağırış yarışında medal qazanıb. G4 kateqoriyalı beynəlxalq turnirin ikinci günündə Əbülfəz Abuzərli (80 kq, K-44) fəxri kürsünün üçüncü pilləsində yer alıb.Xatırladaq ki, Əbülfəz Abuzərli bugünlərdə Niderlandın Rotterdam şəhərində keçirilən Avropa paralimpiya çempionatının qızıl medalına yiyələnib.