“Neftçi” komandası 3×3 basketbol üzrə Dünya Qadın Seriyasının Bakı mərhələsində dörddəbir finala yüksəlib. Komandamız C qrupunda İtaliya millisi və  “Yuanda” (Çin) klubu ilə qarşılaşıb. İtaliya yığmasına məğlub olan (5:15) təmsilçimiz “Yuanda”ya qalib gəlib (16:14) və final mərhələsinə adlayıb.Komandamız avqustun 23-də keçiriləcək dörddəbir final qarşılaşmasında Polşa seçməsi ilə üz-üzə gələcək.Qeyd edək ki, on altı  komandanın iştirakı ilə təşkil olunan yarış  dənizkənarı bulvarda yerləşən saat qülləsinin yanında keçirilir.Xatırladaq ki, “Neftçi” daha əvvəl Dünya Qadın Seriyasının Şuşa, Netanya (İsrail) və Melilya (İspaniya) mərhələlərinin qalibi olub.