Macarıstanın Debretsen şəhərində 27-28 avqust tarixlərində 12 komandanın iştirakı ilə 3×3 basketbol üzrə Dünya Qadın Seriyasının 20-ci mərhələsi təşkil olunacaq. Debretsen mərhələsində “Neftçi” komandası B qrupunda ABŞ və Ukrayna milliləri  ilə mübarizə aparacaq. Təmsilçimiz ilk oyununu avqustun 27-də Bakı vaxtı ilə saat 14:50-də Ukrayna yığmasına qarşı keçirəcək.Qeyd edək ki, qruplarda ilk iki yeri tutan komandalar dörddəbir finala vəsiqə qazanacaqlar.