“Neftçi” İdman Klubunun yeniyetmə cüdoçusu Süleyman Şükürov Xorvatiyanın paytaxtı Zaqrebdə keçirilən dünya birinciliyində inamla çıxış edərək bürünc medala sahib olub. Yetmiş üç kiloqram çəki dərəcəsində mübarizə aparan idmançımız üçüncü yer uğrunda qarşılaşmada serbiyalı Boqdan Veliçkoviçi məğlub edib və fəxri kürsüyə qalxıb.