AFFA-nın təşkilatçılığı ilə keçirilən U-17  Azərbaycan çempionatının startı  verilib.”Neftçi” İdman Klubunun bu yaş qrupunda mübarizə aparan futbol komandası ilk turda “İsgəndər Cavadov  Bakı Futbol Akademiyası” ilə üz-üzə gəlib. Lökbatan qəsəbəsindəki Qaradağ Təlim-İdman Bazasının stadionunda təşkil olunan oyundan öncə mərhum futbolçu, milli  komandamızın sabiq üzvü Şəhriyar Rəhimovun əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub. Ardınca  qarşılaşmaya start verilub. Görüş təmsilçimizin aşkar üstünlüyü şəraitində keçib və komandamızın  böyükhesablı qələbəsi ilə başa çatıb – 6:0. Futbolçularımızdan Əli Əliyev, Mirəli Qədimov və Vüsal Zülfüqarlı hərəyə iki dəfə rəqib qapısına yol tapıblar.