Macarıstanda təşkil olunan 3×3 basketbol üzrə Dünya Qadın Seriyasının Debretsen mərhələsinin qrup oyunları davam edir.Bu mərhələdə B qrupunda yer alan “Neftçi” komandası inamla çıxış edərək, öncə Ukrayna yığmasını (22:6), ardınca isə ABŞ-ın U-24 millisini (21-9) məğlub edib və qrup lideri kimi dörddəbir  finala yüksəlib.”Neftçi”nin dörddəbir final oyunu sabah Bakı vaxtı ilə saat 21:10-da D qrupunu ikinci sırada tamamlamış kollektivə qarşı baş tutacaq.