Yeniyetmə cüdoçulardan ibarət Azərbaycan millisi Xorvatiyanın paytaxtı Zaqrebdə keçirilən dünya birinciliyində qarışıq komanda yarışında finala qədər irəliləyib. Yığmamız həlledici görüşdə Fransa seçməsinə məğlub olub (1:4) və gümüş medala layiq görülüb. Türkiyə və Yaponiya isə bürünc medal qazanıb.Qeyd edək ki, “Neftçi” İdman Klubunun cüdoçusu Mehdi Abbasov (81 kq) da milli komandamızın heyətində təmsil olunub. Mötəbər yarışda inamla mübarizə aparan idmançımız yığmanın finala yüksəlməsinə öz töhfəsini verib və gümüş medala sahib olub.Xatırladaq ki, klubumuzun digər yetirməsi Süleyman Şükürov (73 kq) daha əvvəl təşkil olunan fərdi yarışlarda mundialın bürünc medalına yiyələnib.