Rusiyanın Yekaterinburq şəhərində keçirilən Beynəlxalq Universitet İdman Festivalı davam edir.”Neftçi” İdman Klubunun sərbəst güləşçiləri yarışın 3 bürünc medalını qazanıblar.Üçüncü yer uğrunda mübarizədə pəhləvanlarımızdan Sabir Cəfərov (70kq) Rusiya güləşçisi Nicat Fərzəliyevi, Fərid Cabbarov (86 kq) rusiyalı Boqdan Qladçenkonu, Aydın Əhmədov (125 kq) isə qazaxıstanlı Marlen Kurlysbeki məğlubiyyətə uğradıb.Qeyd edək ki, avqustun 31-dək davam edəcək Beynəlxalq Universitet İdman Festivalı Yekaterinburq şəhərinin 300 illik yubileyinə həsr edilib. Yarışda 36 ölkədən müxtəlif universitetlərin tələbələri 14 idman növündə bacarıqlarını nümayiş etdirirlər.