“Şüa” İdman-Sağlamlıq Kompleksində stolüstü tennis üzrə
Konstitusiya Gününə həsr olunmuş respublika birinciliyi sona çatıb. 2004-cü il təvəllüdlü
və daha kiçik yaşlı tennisçilər arasında təşkil olunan yarışda “Neftçi İdman
Klubu” İB, “Lokomotiv” İSM, “Təhsil” RİM, Bakı Tennis Məktəbi, Qaradağ UGİM
komandaları, eləcə də, Sumqayıt, Şabran, Şirvan və Şəkidən
60-a yaxın idmançı qalib adı uğrunda mübarizə aparıb.”Neftçi İdman Klubu”nun yetirmələrindən Zemfira
Mikayılova heç bir rəqib tanımayaraq qızıl medala sahib çıxıb. İlqar Əhmədov isə
fəxri kürsünün 3-cü pilləsində qərar tutub.