Birinci Divizionda IX turun oyunları keçirilir.Ötən tur lider “Neftçala”nı məğlub edən “Qaradağ
Lökbatan” bu dəfə MOİK-lə üz-üzə gəlib. Komandamız elə ilk hissədəcə oyunun
taleyini öz xeyrinə həll edib. Belə ki, Əfqan Talıbovun yetirmələri ilk hissədə
Elvin İsmayılov və Rüfət Məmmədovun vurduğu qollarla 2:0 hesabı ilə önə keçiblər.
Fasilədən sonra hər iki komanda qapısının toxunulmazlığını təmin etdiyindən,
matça bu hesabla da yekun vurulub.Beləliklə, növbəti 3 xalını qazanan “Qaradağ Lökbatan”
xallarının sayını 22-yə çatdırıb və turnir cədvəlinin 2-ci pilləsinə yüksəlib.