“Neftçi” İdman Klubunun cüdoçusu Nəriman Mirzəyev  Bosniya və Herseqovinanın paytaxtı Sarayevoda keçirilən açıq Avropa turnirində qızıl medala sahib olub. Yetmiş üç kiloqram  çəki dərəcəsində  mübarizə aparan idmançımız həlledici final görüşündə isveçrəli Naim Mata qalib gələrək fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.